Xidmət
Lokal server qurulması
Google Drive varkən lokal server nəyə lazımdır? Çünki 20 GB fayl bulud üzərindən bir saata, lokal serverdə dəqiqələrə gedib çatır. Şəbəkə, server, ehtiyat nüsxə və VPN bir komanda tərəfindən qurulur və dəstəklənir.
Lokal server nəyə lazımdır ki? Onsuz da Google Drive və ya OneDrive işlədirik. Cavab: böyük faylların köçürülməsi zamanı server infrastrukturu sizə dəfələrlə çox sərf edir. Google Drive kimi bulud sistemlərində 20 GB faylı əvvəlcə buluda yükləməlisiniz, bu da azı 20-30 dəqiqə vaxtınızı alır. Sonra həmkarınız həmin faylı endirməlidir, ona da 20-30 dəqiqə gedir. 20 GB faylın bir işçidən o birinə gedib çatması 1 saat alır. Lokal serverdə isə bu proses dəfələrlə daha sürətli olur.
Ortaq qovluqlar və müxtəlif qovluq icazələri ilə prosesləriniz avtomatlaşır, şöbələr arası ünsiyyət qısalır. Əlavə olaraq bütün şəbəkə infrastrukturunuzu müasir cihazlarla təchiz etdiyimiz üçün ofisdə həm Wi-Fi, həm də LAN üzərindən təhlükəsiz və sürətli internet əldə edirsiniz.
Bütün kompüterləri və serverdəki fayllarınızı periodik olaraq nüsxələyib kopyasını sizin serverdə saxlayırıq. Beləliklə fayllar itmir, işçilər üzərində tam nəzarətiniz olur və fayl versiyalaması ilə kimin hansı faylda səhv etdiyini dəqiq bilirsiniz.
Təhlükəsiz VPN ilə işçiləriniz ofisdəki lazımi fayllara uzaqdan da çıxış əldə edir və iş prosesiniz ləngimir. Lokal server həmçinin kamera və giriş nəzarət sistemlərinizin məlumatlarının şirkət daxilində qalmasını təmin edir.
- Avadanlıq seçimi və alışı
- Strukturlu kabel çəkilişi, sürətli Wi-Fi və LAN
- Ortaq qovluqlar və qovluq icazələri
- Bütün kompüterlərin və serverin periodik ehtiyat nüsxəsi
- Uzaqdan giriş üçün təhlükəsiz VPN
- Kamera və giriş nəzarət məlumatları üçün lokal yaddaş
- Sənədləşmə və dəstək
Necə işləyir
- 1
Yerində baxış və plan.
- 2
Avadanlıq alışı və quraşdırma.
- 3
Konfiqurasiya, test, təhvil.
Tez-tez verilən suallar
Lokal server buludla müqayisədə köhnəlmiş deyil?
Kiçik fayllar üçün bulud kifayətdir. Böyük fayllar, video, dizayn layihələri və data üzərində tam nəzarət üçün lokal server daha sürətli və uzun müddətdə daha ucuzdur. Bir çox ofis hər ikisini istifadə edir.
Bu xidmət lazımdır?
Layihənizi bizə danışın - bir iş günü ərzində cavab veririk.