Xidmət
Korporativ tətbiqlər (CRM / ERP)
Müasir və sadə interfeysdə CRM, ERP, HR və giriş nəzarəti - bütün mesajlar bir yerdə, satış performansı ölçülür, maaş və məzuniyyət dəqiq izlənir.
Korporativ tətbiqlərlə sizi köhnə, idarəsi və texniki dəstəyi bahalı olan alətlərdən xilas edirik. Köhnə 1C üçün aylıq yüzlərlə manat ödəyirsiniz və bununla belə keyfiyyətli nəticə əldə edə bilmirsiniz? Sizi bu köhnə xidmətləri satanların müştəri xidmətləri ilə etdiyiniz saysız zənglərdən xilas edəcək alternativlərimiz var.
CRM sistemlərimizlə bütün mesajlarınız bir yerdə toplanır və satış menecerlərinizin tam performansını dəqiq ölçə bilirsiniz. HR idarəetmə modulu və ERP sistemimizlə işçilərinizin maaşını və məzuniyyətini tam dəqiq izləyə və nəzarət edə bilirsiniz. Müasir və sadə interfeys sayəsində mühasibatlığa sırf 1C bildiyi üçün adam işə götürməyə ehtiyac qalmır.
Əlavə olaraq işçilərinizin giriş və çıxışına ofisinizin xəritəsi üzərində tam nəzarət edə biləcəyiniz sistemlərimiz də mövcuddur. Bəlkə də daha yaxşı sistem fikirləriniz var. Gətirin, o fikirlərinizi peşəkar developerlərlə birlikdə həyata keçirək.
- Proses analizi və modul planı
- CRM - bütün mesajlar bir yerdə
- Satış menecerlərinin performans izlənməsi
- HR modulu - maaş və məzuniyyət
- ERP - mühasibatlıq, fakturalar, hesabatlar
- Ofis xəritəsində işçi giriş/çıxış nəzarəti
- Rollar, icazələr və əməkdaşların təlimi
Necə işləyir
- 1
Proses xəritələmə görüşü.
- 2
Əsas modulun prototipi.
- 3
Komandanızla iterativ hazırlanma.
- 4
Təlim və dəstək.
Tez-tez verilən suallar
1C-ni əvəz edə bilərsiniz?
Bəli. 1C-də real istifadə etdiyiniz funksiyaları xəritələyir və mühasibinizə lazım olan hesabatlarla birlikdə müasir interfeysdə yenidən qururuq.
Data harada saxlanılır?
Öz serverlərinizdə və ya hostinqinizdə. Data sizdə qalır.
Bu xidmət lazımdır?
Layihənizi bizə danışın - bir iş günü ərzində cavab veririk.