← Bütün xidmətlər

Xidmət

Korporativ mail xidmətləri

Spama yox, inbox-a düşən [email protected] poçt qutuları. Şəffaf planlar, dürüst məsləhət, hesablar üzrə daimi dəstək.

Korporativ mail ilk növbədə şirkətinizin ciddiliyini artırır. Müştəriləriniz sonu mail.ru və ya gmail.com ilə bitən ünvandan göndərdiyiniz mailləri sadəcə ciddiyə almaya bilərlər.

Bəzi rəqiblərimiz bazardakı ən ucuz servisi sataraq sizə "sərfəli" təklif verirmiş kimi görünməyi xoşlayırlar. Sizə şəffaf məlumat ötürmədikləri üçün bu ucuz servislərin bəzilərinin ümumiyyətlə spamdan qorunmadığını demirlər. Nəticə: mailləriniz müştərilərinizin spam qovluğunda qalır. Biz isə istəklərinizə uyğun müxtəlif planlar təklif edirik. Ödənişdə qənaət etmək istəyirsinizsə, bəzi şeylərdən əl çəkməli olursunuz və biz sizə nədən əl çəkdiyinizi dəqiq deyirik.

Əsasən Microsoft 365 və ya Google Workspace üzərində mail servisi təklif edirik, çünki bu iki xidmət güclü və etibarlı IP-lərə sahibdir və mailiniz spama düşmür. Microsoft-un üstünlüyü odur ki, plandan asılı olaraq Word, Excel və Teams kimi proqramları da əldə edirsiniz. Mənfi cəhəti isə mailde şəkillərin göstərilməsi ilə bağlı məhdudiyyətdir. Gmail-də şəkillər düzgün görünür və əlavə olaraq Google Drive yaddaşı əldə edirsiniz, amma Word, Excel və Teams kimi proqramlarınız olmur. Bu mövzuda sizinlə detallı müzakirə edib sizə uyğun tam paketi təyin edirik.

Təhvildən sonra da dəstəyi kəsmirik: yeni hesabların açılması, işdən çıxmış işçilərin hesablarının bağlanması və həmin məlumatların arxivlənməsində daimi dəstək göstəririk.

Nələr daxildir
  • Öz domeninizdə poçt qutuları
  • Microsoft 365 və ya Google Workspace
  • Spam qorunması, SPF, DKIM, DMARC
  • Gmail / cPanel / Outlook-dan köçürmə
  • Telefon və kompüter quraşdırması
  • Hesab açılması, bağlanması və arxivlənməsi üzrə dəstək

Necə işləyir

  1. 1

    Konsultasiya - Microsoft yoxsa Google, poçt qutusu sayı və yaddaş.

  2. 2

    Domen və DNS-i biz konfiqurasiya edirik.

  3. 3

    Köhnə məktubları köçürür, cihazları qururuq.

  4. 4

    Hesabların idarə edilməsində daimi dəstək.

Tez-tez verilən suallar

Mailim niyə spama düşür?

Adətən zəif IP reputasiyalı ucuz provayder və ya SPF/DKIM/DMARC qeydlərinin olmaması səbəbindən. Microsoft və ya Google plus düzgün DNS bunu həll edir.

Microsoft yoxsa Google?

Word, Excel və Teams lazımdırsa Microsoft. Təmiz mail görünüşü və Drive yaddaşı istəyirsinizsə Google. Birlikdə qərar veririk.

Bu xidmət lazımdır?

Layihənizi bizə danışın - bir iş günü ərzində cavab veririk.

Qiymət al